...

Həyat yoldaşını bıçaqlayan şəxsin məhkəməsi başladı

Hadisə Materials 6 Yanvar 2022 10:10 (UTC +04:00)
Həyat yoldaşını bıçaqlayan şəxsin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Xaliq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-ə verilən məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə məhkəmənin növbəti iclası yanvarın 19-na təyin edilib.

İttihama görə, hadisə, sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində baş verib. Həmin massivdə yaşayan 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri Xalid Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

Xalid Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti