...

Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar (FOTO)

Hadisə 20 Yanvar 2022 15:23 (UTC +04:00)
Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar (FOTO)

Bakı. Trend:

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları Siyəzən rayonu ərazisindən keçən işlək dəmir yolu xətlərinin müxtəlif konstruksiyalarını oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakinləri Balaş Məmmədov və onun oğlu Seymur Məmmədovu saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər dəmir yolundan oğurluq edərkən elə iş başında yaxalanıblar. Həmin şəxslərin yaşadıqları evə baxış keçirilən zaman dəmir yoluna aid müxtəlif ehtiyat hissələr aşkar edilib.

Qeyd edək ki, B.Məmmədov iki azyaşlı nəvəsini də bu işə cəlb edib.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti