...

Sumqayıtda iki minik avtomobili toqquşub

Hadisə 21 Yanvar 2022 08:52 (UTC +04:00)
Sumqayıtda iki minik avtomobili toqquşub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində “Daewoo” və “BMW” markalı iki minik avtomobili toqquşub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə sürücünü deformasiyaya uğrayan "Daewoo" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti