...

Füzuli rayonunda traktor minaya düşüb

Hadisə Materials 28 Yanvar 2022 17:56 (UTC +04:00)
Füzuli rayonunda traktor minaya düşüb

Bakı. Trend:

Füzuli rayonunda traktor minaya düşüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, rayonun işğaldan azad edilmiş Üçbulaq kəndində əkin işləri aparılan zaman traktorun minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti