...

DİN Goranboy İcra Hakimiyyətinin qarşısında özünü yandıran şəxslə bağlı məlumat yayıb

Hadisə Materials 10 Fevral 2022 11:39 (UTC +04:00)
DİN Goranboy İcra Hakimiyyətinin qarşısında özünü yandıran şəxslə bağlı məlumat yayıb

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi (DİN) Goranboy İcra Hakimiyyətinin qarşısında özünü yandıran şəxslə bağlı məlumat yayıb.

DİN-dən Trend-ə verilən məlumatda deyilir, fevralın 9-da saat 16 radələrində Goranboy şəhər sakini S.Həsənov rayon İcra Hakimiyyətinin qarşısında üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd göstərib.

"Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınıb, lakin bu zaman iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri alıblar.

S.Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilib. Araşdırma aparılır", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti