...

Prokuror Abşeronda istirahət mərkəzində qətl törədən şəxsə 19 il cəza istəyib

Hadisə Materials 10 Fevral 2022 12:53 (UTC +04:00)
Prokuror Abşeronda istirahət mərkəzində qətl törədən şəxsə 19 il cəza istəyib

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda yerləşən istirahət mərkəzlərinin birində qətl törətməkdə təqsirləndirilən İbrahim Muxtarovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxsin 19 il azadlıqdan mərhum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası fevralın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2014-cü ilin avqustun 16-da Abşeron rayonunda yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb.

Belə ki, İ.Muxtarov Böyükağa Əliyevi qətlə yetirib. Daha sonra o, istintaqdan yayınıb, "İnterpol" xətti ilə axtarışa verilib və 2021-ci ildə həbs edilib.

İstintaq orqanları tərəfindən İ.Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti