...

İstanbulda yanğın nəticəsində 4 əcnəbi vətəndaş həlak olub

Hadisə Materials 11 Fevral 2022 23:04 (UTC +04:00)

Bakı. Trend:

İstanbulun Güngörən rayonunda baş verən yanğın nəticəsində 4 əcnəbi işçi həlak olub.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı İstanbul valiliyi yayıb.

Qeyd olunur ki, daha 6 nəfər tüstüdən zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis, yanğınsöndürmə və tibb qrupları cəlb edilib. Yanğınla bağlı polis və prokurorluq orqanları araşdırmalara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti