...

Şəkidə yanan evdə 60-yaşlı kişi həlak olub

Hadisə Materials 22 Fevral 2022 04:37 (UTC +04:00)

Bakı. Trend:

Şəkidə ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Şəki şəhərində ümumi sahəsi 160 kvadratmetr (hər mərtəbəsi 80 kvadratmetr) olan ikimərtəbəli evin yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 260 kvadratmetr (hər mərtəbəsi 130 kvadratmetr) olan ikimərtəbəli evin dam örtüyü 15 kvadratmetr sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Mustafayev Rüstəm Nürəddin oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti