...

İranla sərhəddə narkotik bağlaması tapılıb (FOTO)

Hadisə Materials 23 Fevral 2022 11:58 (UTC +04:00)

Bakı. Trend:

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizə­sinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DSX-dən Trend-ə verilən məlumata görə, fevral ayının 20-də saat 00:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozul­masına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.

Keçirilmiş sərhəd axtarışı tədbirləri nəticəsində ərazidə sahibsiz halda aşkarlanmış 1 ədəd ağ rəngli bağlamanın içərisində ümumi çəkisi 5 kq 320 qram narkotik vasitəyə (4 kq 795 qr marixuana və 525 qr metamfetamin) bənzər maddələr aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti