...

Şəmkirdə "Azərişıq" əməkdaşının ölümü ilə bağlı cinayət işi başlandı

Hadisə Materials 24 Fevral 2022 09:59 (UTC +04:00)
Şəmkirdə "Azərişıq" əməkdaşının ölümü ilə bağlı cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Prokurorluq Şəmkirdə "Azərişıq" əməkdaşının ölümü ilə bağlı məlumat yayıb.

Şəmkir rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, fevralın 23-də rayonun Bayramlı kəndində Bəhman Abbasovun iş görərkən xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, “Azərişıq” ASC-nin Qərb RETSİ-nin Şəmkir Elektrik Şəbəkəsinin Zəyəm sahəsinin ustası vəzifəsində işləyən Bəhman Abbasov xidməti ərazisində yerləşən əkin sahəsində olan işıq dirəyinin yuxarı hissəsində elektrik naqillərini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti