Bakı. Fərid Zöhrabov - Trend:
Xaçmazda rayonunda itə rəhmsiz davranaraq onu tələf edən şəxs müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunub.
Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr və Vətəndaşlarla İş şöbəsinin rəisi Elşad Hacıyev məlumat yayıb.
O bildirib ki, baş verən hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılıb.
Rayonun Gödəkli kənd sakini 86 yaşlı şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir) inzibati protokol tərtib edilib.
Twitter:@FaridZohrabov