...

Mingəçevirdə lisenziyasız fəaliyyət göstərən stomatoloji məntəqələr aşkarlanıb (FOTO)

Hadisə Materials 5 Mart 2022 16:07 (UTC +04:00)

Bakı. Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı şəhər ərazisində qanunsuz fəaliyyət göstərən bir neçə stomatoloji məntəqə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, yoxlamalar zamanı şəhərin N.Nərimanov,M.Maqomayev prospektləri və Energetiklər qəsəbəsində yerləşən ümumilikdə üç stomatoloji məntəqənin lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən olunub.

Orada çalışan şəxslərin əməllərində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci ( Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) maddəsinin tərkib əlamətləri olduğundan onların barəsində polis əməkdaşları tərəfindən akt tərtib olunaraq baxılması üçün Səhiyyə Nazirliyinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti