Bakı. Trend:
Lənkəran şəhərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərin İstisu qəsəbəsində, ferma ərazisində ümumi sahəsi 750 m² olan tövlənin dam örtüyü 250 m² sahədə və damına yığılan 20 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdakı digər tövlə yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.