...

Rusiyada "Kamaz" minik avtomobili ilə toqquşub, ölən və yaralananlar var

Hadisə Materials 15 Mart 2022 08:26 (UTC +04:00)
Rusiyada "Kamaz" minik avtomobili ilə toqquşub, ölən və yaralananlar var

Bakı. Trend:

Rusiyanın Novosibirsk şəhərində minik avtomobili ilə "Kamaz" toqquşub.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Regional Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.

Qəza nəticəsində 3 nəfər, o cümlədən bir qadın ölüb, daha 3 nəfər yaralanıb. Məlumata görə, “Toyota İpsum” markalı avtomobil arxadan “Kamaz”-a çırpılıb.

Yaralılar xəstaxanaya çatdırılıb. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti