...

"Azərişıq" Xırdalanda baş verən qəza ilə bağlı məlumat yayıb

Hadisə Materials 17 Mart 2022 15:57 (UTC +04:00)
"Azərişıq" Xırdalanda baş verən qəza ilə bağlı məlumat yayıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Xırdalan yarımstansiyasında baş verən qəza ilə bağlı "Azərişıq" ASC açıqlama yayıb.

ASC-dən Trend-ə daxil olan məlumatda deyilir:

"Bu gün günorta saatlarında Xırdalan yarımstansiyasında qısaqapanma nəticəsində qəza baş verib və qəza nəticəsində ərazidə elektrik enerjisi təchizatında problem yaranıb. Hadisədən dərhal sonra əraziyə qəza xidməti cəlb edilib və qısa zamanda qəzanın nəticələri aradan qaldırılıb. Bu müddət ərzində isə alternativ xətlə abonentlərin elektrik enerjisi təchizatı bərpa edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti