...

ABŞ-da 9 nəfərin ölümü ilə nəticələnən qəzanın günahkarı 13 yaşlı pikap sürücüsü olub

Hadisə Materials 18 Mart 2022 05:57 (UTC +04:00)
ABŞ-da 9 nəfərin ölümü ilə nəticələnən qəzanın günahkarı 13 yaşlı pikap sürücüsü olub

Bakı. Trend:

ABŞ-ın Texas ştatında 13 yaşlı yeniyetmənin idarə etdiyi pikapla mikroavtobusun toqquşması nəticəsində 9 nəfər ölüb.

Trend TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) sədr müavini Bryus Landberq bildirib.

Daha əvvəl bildirilirdi ki, pikap qarşıdan gələn avtomobilin yoluna çıxması nəticəsində baş verən avtoqəzada doqquz nəfər vəfat edib. Bunlar pikapda olan sürücü və sərnişin, həmçinin digər avtomobil - mikroavtobusda olan qolf üzrə kişi və qadınlardan ibarət universitet komandalarının üzvləri və onların məşqçisi olub.

Onlardan əlavə iki nəfər müxtəlif dərəcələri bədən xəsarətləri də almışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti