...

Balakən rayonunda ev yanıb

Hadisə Materials 27 Mart 2022 00:37 (UTC +04:00)
Balakən rayonunda ev yanıb

Bakı. Trend:

Balakən rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Yeni Şərif kəndində ümumi sahəsi 132 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti