...

Kürdəmirdə yanğının evə keçməsinin qarşısı alınıb (VİDEO)

Hadisə Materials 1 Aprel 2022 10:03 (UTC +04:00)
Kürdəmirdə yanğının evə keçməsinin qarşısı alınıb (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Yenikənd kəndində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus fərdi yaşayış evinə bilavasitə bitişik çəpər və kol-kos sahədə baş verdiyi və hər an evə keçmək riskinin olduğu müəyyən edilib.

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının bitişik evə və təsərrüfat tikilisinə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin olunub.

Yanğın nəticəsində vətəndaşa məxsus həyətyanı sahədə təxminən 40 p.m çəpər və 50 kv.m sahədə kol-kos yanıb.

Bitişik ev və təsərrüfat tikilisi yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti