...

Gecə klubundakı partlayış nəticəsində 13 avtomobilə ziyan dəyib (FOTO)

Hadisə Materials 3 Aprel 2022 07:19 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakının mərkəzində gecə klubunda baş verən partlayış nəticəsində ərazidə olan avtomobillərə də ciddi ziyan dəyib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 13 avtomobil zədələnib.

Hazırda dəymiş ziyanla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib. İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti