...

Bakıda restoranın lifti qırıldı, xəsarət alanlar var

Hadisə Materials 5 Aprel 2022 17:53 (UTC +04:00)
Bakıda restoranın lifti qırıldı, xəsarət alanlar var
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Səbail rayonunda yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb. Hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Bunu Trend-ə Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib.

Onun sözlərinə görə, 1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar:

"Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib",-deyə E.Hidayətoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti