...

Qanunsuz ağac kəsintisinə görə 10 cinayət işi başlanıb

Hadisə Materials 11 Aprel 2022 12:16 (UTC +04:00)
Qanunsuz ağac kəsintisinə görə 10 cinayət işi başlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ətraf mühitin qorunması sahəsində hüquqpozmaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması sahəsində aidiyyəti səlahiyyətli qurumlarla birgə fəaliyyəti davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində Ağdaş, Bərdə, İmişli, İsmayıllı, Oğuz və Qax rayonlarının ərazilərində qanunsuz ağac kəsmə faktına görə 10 cinayət işi başlanıb.

Aparılmış araşdırmalarla dövlət mülkiyyətində olan, xüsusilə də qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətində olan ərazilərdə yaşıllıqların və meşə fonduna daxil olmayan ağacların kəsilməsi nəticəsində təbiətə 200 min manat həcmində ziyanın dəyməsi müəyyən edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün rayon prokurorluqları və daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti