...

Bərdədə ölümlə nəticələnən yol qəzası olub (FOTO)

Hadisə Materials 17 May 2022 20:29 (UTC +04:00)
Bərdədə ölümlə nəticələnən yol qəzası olub (FOTO)

Bərdə. Trend:

Bərdədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Trend-in yerli müxbirin xəbərinə görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Qarayusifli kəndindən keçən hissəsində qeydə alınıb.

09-AA-055 dövlət qeydiyyat nişanlı "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü Cəlil Hacıyev idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobilin sürücüsü C.Hacıyev yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti