...

Dəm qazı 49 yaşlı qadının həyatına son qoydu

Hadisə Materials 30 May 2022 18:22 (UTC +04:00)
Dəm qazı 49 yaşlı qadının həyatına son qoydu
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Mingəçevir. Trend:

Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb.

Trend-in məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsi 30 /1 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində baş verib.

1973-cü il təvəllüdlü Mətanət Dadaşovanın meyiti hamam otağında aşkarlanıb. Qonşuların sözlərinə görə, qadın qeyd edilən ünvanda tək yaşayırmış. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti