...

Bakıda "istedadlı" cibgir metroda yaxalandı

Hadisə Materials 4 İyun 2022 11:07 (UTC +04:00)
Bakıda "istedadlı" cibgir metroda yaxalandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda metroda cibgirliklə məşğul olan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, metropolitendə Polis Şöbəsininin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun “İnşaatçılar” stansiyasında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən oğurluq etməkdə şübhəli bilinən 47 yaşlı Rəhim Qasımov tutulub.

Araşdırmalarla onun daha çox ictimai nəqliyyatda fəaliyyət göstərdiyi məlum olub. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müracət etmələri tövsiyə olunur.

Polisə özünü istedadlı cibgir kimi təqdim edən R.Qasımov cibgirliyin onun həyat tərzi olduğunu bildirib.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti