...

Gəncədə qadın əri tərəfindən bıçaqlandı

Hadisə Materials 5 İyun 2022 10:43 (UTC +04:00)
Gəncədə qadın əri tərəfindən bıçaqlandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 3-ü saat 15 radələrində Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Gülüzar Həsənovaya bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə şəhər prokurorluğunun Trend-ə verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Sabir Şabanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülüzar Həsənovaya bıçaqla çoxsaylı xəsarətlər yetirmiş, sonuncu aldığı xəsarətlərdən aparıldığı xəstəxanada ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Sabir Şabanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti