Bakı. Trend:
Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavoduna məxsus poliqonda sursat partlayıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, sınaq zamanı 60 mm-lik minaatan partlayıb.
"Bir nəfər - Almazov Razi əlindən və bud nahiyəsindən xəsarət alıb. Şirvan şəhər xəstəxanasından həkimlər onun həyati təhlükəsinin olmadığını bildiriblər", - məlumatda bildirilir.