Bakı. Trend:
İranın Tehran vilayətində kafedə baş verən partlayış nəticəsində 4-ü uşaq olmaqla 8 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.
M.Xaledinin sözlərinə görə, saat 21:00 radələrində zirzəmidə yerləşən kafedə ad günü mərasimi keçirilirmiş. Hadisə helium şarların parltlaması nəticəsində baş verib.
Tehran vilayəti Şəhriyar rayon prokuroru Həmid Əsgəri də, hadisənin helium şarların partlaması nəticəsində baş verdiyini bildirib. O qeyd edib ki, kafe tezalışan əşyalarla bəzədildiyi üçün partlayış və yanğın baş verib