...

Astarada gözəllik salonu yanıb

Hadisə Materials 26 İyun 2022 09:21 (UTC +04:00)
Astarada gözəllik salonu yanıb

Bakı. Trend:

Astara şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərdə ümumi sahəsi 15 m² olan gözəllik salonu kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin tavanı 1 m² sahədə və içərisindəki əşyalar 5 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti