...

Şəmkirdə minik avtomobili ağaca çırpılıb, ölən var

Hadisə Materials 1 İyul 2022 22:45 (UTC +04:00)
Şəmkirdə minik avtomobili ağaca çırpılıb, ölən var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Aşağı Seyfəli kəndində “VAZ” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, hadisə yerinə cəlb olunan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1962-ci il təvəllüdlü Qasımov Söhrab Bəşir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti