Bakı. Trend:
Dənizdə batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyn Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Bilgəh”, “Astara” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.