Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Sədərək Ticarət Mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlunat daxil olub.
FHN-dən Trend-ə verilən məlumata görə, dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin peşəkarlığı və operativliyi nəticəsində qısa vaxtda yanğın söndürülüb və mağazalara keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində ilkin məlumata əsasən ümumi sahəsi 37 kv.m olan bijuteriya mağazasının lambirdən ibarət tavanı 8 kv.m sahədə və mağazanın qarşısından keçən elektrik kabeli 10 p.m və ticarət mərkəzinin 9-cu və 10-cu sıralar arası dam örtüyünə çəkilmiş üzlük 200 kv.m sahədə yanıb.
Mağazalar yanğından mühafizə olunub.