...

Bakıda Ağac Emalı Zavodunun ərazisində yanğın olub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 17 İyul 2022 18:47 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhəri, Binəqədi rayonunda Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində 900 m² sahədə məişət tullantıları və yarasız təkərlər, 3 ədəd ağac və yaxınlıqda ümumi sahəsi 8 m² olan külafirənginin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyin-dən Trend-ə bildirilib ki, yaxınlıqdakı evlər və digər tikililər yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX

17:24

Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon ərazisində ("Dərnəgül" metrostansiyası yaxınlığı) baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Trend Nazirliyə istinadən xəbər verir.

İlkin məlumata əsasən, Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində təqribən 500 m² sahədə quru ot, məişət və təkər tullantıları yanıb.

XXX

15:10

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda "Dərnəgül" metrostansiyası yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, təkər tullantıları yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti