...

Göygöl rayonunda bir nəfər göldə batıb

Hadisə Materials 17 Avqust 2022 20:31 (UTC +04:00)
Göygöl rayonunda bir nəfər göldə batıb

Bakı. Trend:

Göygöl rayonunun Ağdağ qəsəbəsi ərazisində, göldə batan 1 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti