...

Dənizdə bir nəfər batıb

Hadisə Materials 20 Avqust 2022 16:16 (UTC +04:00)
Dənizdə bir nəfər batıb

Bakı. Trend:

Buzovnada dənizdə bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti