...

Hökməli qəsəbəsində yanğın söndürülüb

Hadisə Materials 20 Avqust 2022 20:19 (UTC +04:00)

Bakı. Trend:

Abşeron rayonunun Hökməli qəsəbəsində dəri emalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

FHN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, yanğınsöndürənlərin çevik müdaxiləsi və peşəkarlığı sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və sexə bitişik evlərə yayılmasına imkan verilməyib.

İlkin məlumata əsasən, yanğın nəticəsində hər mərtəbəsi təxminən 950 kvadratmetr olan sexin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb. Sexin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti