...

Bərdədə ər arvadı maşın vurub (FOTO)

Hadisə Materials 24 Sentyabr 2022 22:31 (UTC +04:00)
Bərdədə ər arvadı maşın vurub (FOTO)

Bakı. Trend:

Bərdədə KİA Optima markalı avtomobilin vurduğu iki piyadadan biri ölüb.

Trend xəbər verir ki, hadisə şəhərin Həzi Aslanov küçəsində baş verib. Yolu keçmək istəyən iki nəfərdən biri, İsmayılova Röya Qoşqar qızı həyatını itirib, həyat yoldaşı xəstəxanaya yerləşdirilib.

Piyadanın ölümünə səbəb olan avtomobil hadisə yerindən uzaqlaşıb. Hüquq mühafizə orqanları sürücünü axtarış əməliyyatları üçün tədbirlər görür. Yaralı olan 1993-cü il təvəllüdlü İsmayılov Adəm Akif oğlu Bərdə rayon xəstəxanasına yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti