...

Cəlilabadda evdə yanğın olub

Hadisə Materials 25 Sentyabr 2022 09:57 (UTC +04:00)
Cəlilabadda evdə yanğın olub

Bakı. Trend:

Cəlilabad şəhərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Cəlilabad şəhərində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində lambirdən ibarət tavan 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti