...

Tarixi hamama təhlükə yaradan qanunsuz tikili sökülüb

Hadisə Materials 4 Oktyabr 2022 12:03 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Nəsimi rayonu Salatın Əsgərova küçəsi, 86 ünvanında yerləşən tarix-mədəniyyət abidələrinin reyestrinə daxil olan hamamın yerləşdiyi ərazinin yaxınlığında qanunsuz tikinti işlərinin aparıldığı aşkar olunub.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat veriblər.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin müvafiq instansiyasının və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə iştirakı ilə qanunsuz tikinti işlərinin qarşısı alınıb, qeyri-qanuni tikili sökülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti