...

Dələduzluğa görə axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunub

Hadisə Materials 7 Oktyabr 2022 11:03 (UTC +04:00)
Dələduzluğa görə axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Əlistanov Namiq Bayrambəy oğlunun ekstradisiyası haqqında vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Qusar rayon polis şöbəsinin icraatında olan cinayət işi üzrə Namiq Əlistanov tərəfindən dələduzluğun təkrar törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Namiq Əlistanov 11.07.2022-ci il tarixdə Rusiyanın ərazisində müəyyən edilərək saxlanılıb. 05.10.2022-ci il tarixdə o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti