...

Göygöldə 4 otaqlı ev yanıb

Hadisə Materials 8 Oktyabr 2022 21:46 (UTC +04:00)
Göygöldə 4 otaqlı ev yanıb

Bakı. Trend:

Göygöl rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Topalhəsənli kəndində ümumi sahəsi 200 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 150 m² sahədə və çardağına yığılan 8 ton ot bağlamasının 4 tonu yanıb. Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti