...

Bakıda intihara cəhdin qarşısı alınıb (FOTO)

Hadisə Materials 15 Oktyabr 2022 16:25 (UTC +04:00)
Bakıda intihara cəhdin qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Yasamal rayonu, Əsəd Əhmədov küçəsində intihara cəhdin qarşısı alınıb.

Trend-in məlumatına görə, əraziyə cəlb olunan polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları özünü yandırmaq istəyən şəxsi fikrindən daşındıra biliblər.

Hadisəyə səbəb tikintinin söküntüsü ilə bağlı olub. Beləki intihara cəhd edən şəxs qanunsuz tikilinin söküntüsünə etiraz olaraq özünü yandırmaq istəyib.

xxx

16:05

Yasamal rayonu, Əsəd Əhmədov küçəsində kişi özünü yandırmağa cəhd edir.

Trend-in hadisə yerində olan müxbirinin məlumatına görə, intihara cəhdin qarşısını almaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis işçiləri cəlb olunub.

Hazırda həmin şəxslə psixoloji söhbətlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti