...

Polis “Niva” ilə qaçmağa çalışan qanunsuz ov edənləri saxlayıb

Hadisə Materials 29 Oktyabr 2022 14:02 (UTC +04:00)
Polis “Niva” ilə qaçmağa çalışan qanunsuz ov edənləri saxlayıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 29-da gecə saat 4 radələrində Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Örənqala qəsəbəsi ərazisində xidmətdə olarkən “Ağgöl” qoruğu istiqamətindən torpaq yolla “Niva” markalı avtomobilin gəldiyini görüb onu saxladaraq özlərini təqdim ediblər.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, avtomobilin içərisində olan iki şəxsin əlində odlu silahın olduğunu görən polis əməkdaşları onlardan avtomobildən enmələrini tələb etdikdə onlar tabesizlik göstərib qaçmağa çalışıblar. Bu zaman polis əməkdaşı havaya bir dəfə xəbərdarlıq atəşi açıb. Bundan sonra polis əməkdaşları həmin şəxsləri saxlayıblar. Onlardan 2 ədəd odlu silah və qanunsuz ovladıqları 1 ədəd qaban götürülüb.

Polis şöbəsinə gətirilən həmin şəxslərin Ağcabədi rayon sakinləri Arzuman Mamedov, Anar Quliyev və Aqil Yusifov olmaları müəyyən olunub.

Hazırda Beyləqan Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti