...

Zərdabda azyaşlı qızı qaçırmaq istədilər

Hadisə Materials 5 Noyabr 2022 10:25 (UTC +04:00)
Zərdabda azyaşlı qızı qaçırmaq istədilər

Bakı. Trend:

Zərdabda azyaşlı qızı qaçırmağa cəhd göstəriblər.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Zərdab Rayon Polis Şöbəsinə noyabrın 3-də Körpükənd kəndi ərazisində bir nəfərin kənd sakini olan azyaşlı qızı qaçırmağa cəhd göstərməsi, qız səs-küy saldığından onu buraxıb hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğuna cəhd etməkdə şübhəli bilinən Körpükənd kənd sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,144-cü maddəsi (adam oğurluğuna cəhd) ilə cinayət işi başlanılıb.

Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti