...

Göygöldə yük avtomobili yanıb

Hadisə Materials 6 Noyabr 2022 11:44 (UTC +04:00)
Göygöldə yük avtomobili yanıb

Bakı. Trend:

Göygöl rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Hacıməlik qəsəbəsində “SCANİA” markalı qoşqulu yük avtomobilinin qoşqusunun 2 ədəd təkəri, banına yığılan 2 m² sahədə taxta materiallar və üzərinə çəkilən çadır 3 m² sahədə yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti