...

Füzulidə evdə partlayış olub, xəsarət alanlar var

Hadisə Materials 9 Noyabr 2022 09:53 (UTC +04:00)
Füzulidə evdə partlayış olub, xəsarət alanlar var

Bakı. Trend:

Füzuli rayonunun Arayatlı kəndində evdə partlayış olub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, ümumi sahəsi 208 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib. Partlayış dalğasının təsirindən otaqların pəncərə çərçivələri dağılıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 53 m² olan talvar yanıb. Hadisə zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti