...

Bakıda cibgirliklə məşğul olan 3 qardaş saxlanıldı

Hadisə Materials 15 Noyabr 2022 12:30 (UTC +04:00)
Bakıda cibgirliklə məşğul olan 3 qardaş saxlanıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda cibgirliklə məşğul olan 3 qardaş yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda cibgirlikdə məşğul olan 3 qardaş yaxalanıb.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda paytaxtın Yasamal və Nəsimi rayonları ərazilərində marşrut avtobuslarında 6 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 3 qardaş - Elnur, Faiq və Ruslan Süleymanovlar müəyyən edilərək saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti