...

Bakıda xarici ölkə vətəndaşı avtomobillə vurulub

Hadisə Materials 22 Noyabr 2022 15:29 (UTC +04:00)
Bakıda xarici ölkə vətəndaşı avtomobillə vurulub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda xarici ölkə vətəndaşı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə Yasamal rayonunun A.Şərifzadə küçəsində baş verib. Həmin ərazidə yolu keçən əcnəbi vətəndaş H.Naimi müəyyən edilməyən avtomobillə vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsinin “Toyota” markalı avtomobillə törədilməsi müəyyən olunub və sürücü, Bakı şəhər sakini Elcan Vəliyev avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti