...

Samux rayonunda quyuda meyit tapılıb

Hadisə Materials 26 Noyabr 2022 05:42 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samux rayonunun Çobanabdallı kəndində dərinliyi təqribən 2 metr olan quyudan 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, müraciətlə əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti