...

DSX-nin hərbi qulluqçusu özünü güllələyib

Hadisə Materials 1 Dekabr 2022 12:01 (UTC +04:00)
DSX-nin hərbi qulluqçusu özünü güllələyib

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabr ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Divizyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Nuriyev Kənan Hafiz oğlu odlu silahdan atəş açaraq özünə xəsarət yetirib.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Hərbi qulluqçuya ilkin tibbi yardım göstərildikdən dərhal sonra Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, oradan isə Gəncə Mərkəzi Klinikasına köçürülüb, müalicəsinə ixtisaslaşmış və peşəkar həkimlər cəlb olunub. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti