Yevlax. Trend:
Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Hürüuşağı kənd ərazisindən keçən hissəsində qeydə alınıb. "Opel" markalı avtomobil ilə "Hyndai" markalı avtomobil toqquşub.
Qəza nəticəsinə opel markalı avtomobilin sürücüsü 51 yaşlı Zabit Əliyev dünyasını dəyişib, "Hyndai" markalı avtomobilin sürücüsü və sərnişini müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar Yevlax mərkəzi xəsdəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.